İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin maraqları naminə ABŞ-ni Tehranla müharibəyə sürükləməyə çalışan qüvvələrin olduğunu bildirib.
Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
Onun sözlərinə görə, Vaşinqton hərbi variant seçərsə, İslam Respublikası buna hazırdır: “İranın hərbi imkanları hazırda xeyli yaxşılaşıb”.
QAZİLER.AZ



