ABŞ-ın İstanbuldakı konsulluğu fəaliyyətini dayandırır

ABŞ-ın İstanbuldakı konsulluğu fəaliyyətini dayandırır backend

ABŞ-ın İstanbuldakı konsulluğu təhlükəsizlik baxımından dekabrın 9-da fəaliyyətini dayandıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytına dərc edilmiş məlumatda bildirilir.

“ABŞ-ın İstanbuldakı konsulluğunun təhlükəsizliyi baxımından səfirlik dekabrın 9-da məhdud rejimdə fəaliyyət göstərəcək”. Konsulluq ABŞ vətəndaşlarını diqqətli olmağı, yerli hadisələri izləməyi, lazım gəldikdə, müvafiq tədbirlər görməyi tövsiyə edib.

Məlumata görə, Ankaradakı səfirlik, Adanadakı konsulluq və İzmirdəki konsulluq nümayəndəliyi adi rejimdə fəaliyyətini davam etdiriləcək.

Təhlükənin xarakteri barəsində məlumat verilmir.
Diaspora