Fazil Mustafa İranda baş verən etirazlara münasibət bildirdi - VİDEO

Fazil Mustafa İranda baş verən etirazlara münasibət bildirdi - VİDEO backend

İran od tutub yanır - sözün bütün mənalarında. Küçələrdə təkcə iqtisadi narazılıq yox, siyasi üsyan da müşahidə olunur.

Rialın sürətlə dəyər itirməsi ilə başlayan etirazlar artıq birbaşa rejimi hədəfə alır. Şüarlar sərtləşib, istifadə olunan simvollar dəyişib. ABŞ Prezidenti Donald Trampın adının verildiyi küçə isə bu etirazların hansı mərhələyə keçdiyini açıq şəkildə göstərir. Artıq söhbət sadəcə etirazdan deyil, verilən açıq mesajlardan gedir.

Millət vəkili Fazil Mustafa İranda mövcud vəziyyəti belə qiymətləndirib:

"İranda başlayan etiraz dalğası ölkə valyutasının - rialın kəskin şəkildə dəyər itirməsi ilə bağlıdır. Bununla yanaşı, İranda ciddi su qıtlığı problemi mövcuddur. Sosial yardımlar və sosial müəssisələrin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var. İranın proksi qüvvələrinin zəifləməsi fonunda ölkənin regional nüfuzunun azalması da diqqət çəkir. Eyni zamanda, bu hadisələrin xaricdən dəstəklənən istiqamətlərinin olduğu da açıq şəkildə görünür".