BMT Rusiyaya məxsus tankerinin saxanılması ilə bağlı ÇAĞIRIŞ ETDİ

BMT Rusiyaya məxsus tankerinin saxanılması ilə bağlı  ÇAĞIRIŞ ETDİ backend

ABŞ qüvvələri tərəfindən “Mariner” tankerinin saxlanılmasından sonra BMT hər hansı bir eskalasiyanın qarşısını almağa çağırır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

O, Baş katibin ofisinin vəziyyətdən xəbərdar olduğunu, lakin nümayəndələrinin bu məsələlərlə bağlı kifayət qədər məlumata malik olmadığını bildirib.

Dujarrik vurğulayıb ki, açıq sularda dəniz təhlükəsizliyini təmin etmək üçün okeanlarda və dənizlərdə hər hansı hüquq-mühafizə tədbirləri beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilməlidir.

"Bu məsələdə hər hansı bir eskalasiyanın qarşısını almaq istərdik", - BMT Baş katibinin nümayəndəsi yekun olaraq bildirib.

QAZİLER.AZ