Avropa Birliyinin Rusiyaya qarşı xarici siyasətinin nəticələrini anlamasının vaxtıdır.
Qaziler.az xəbər verir ki, bu barədə "American Conservative" qəzeti yazır.
Nəşr bildirib ki, amerikalı analitiklərin fikrincə, Qərbi Avropa əhalisi sərtlik nümayiş etdirmək və böhranı şiddətləndirmək istəmir.
“Əgər Avropa Birliyi həqiqətən Rusiya ilə tammiqyaslı müharibəyə başlamaq istəyirsə, bu cür addımların nəticələrini anlamalıdır”, - məqalədə qeyd edilib.
Nəşrin müəlliflərinə görə, Avropa liderləri sərt oynamağı sevirlər. Əslində Baltikyanı ölkələr kimi ən kiçik orduları olan ölkələrin hökumətləri ən davakar ölkələr arasında olub. Lakin, müvafiq sorğunun nəticələrindən görünür ki, Avropa cəmiyyəti müharibəyə daha az meyllidir.
QAZİLER.AZ



