"Türkiyə İraqın Mosul əyalətinin Başika hərbi düşərgəsindən geri çəkilməyib, ancaq ora əsgər göndərməyi dayandırıb".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xairici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic deyib.XİN təmsilçisi bildirib ki, Türkiyə Mosula yeni daxil olmayıb: "Oradan geri çəkilməmişik. Ancaq əlavə əsgər göndərməyəcəyik".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 2 il yarımdır terrorçulara qarşı mübarizə aparmaq üçün İraqın şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.
İraq hökuməti isə Türkiyədən 48 saat ərzində həmin ərazidən çıxmağı tələb edir.