“Avropanın əsas vəzifəsi Rusiyaya qarşı yeni gərginlik hazırlamaq üçün Kiyevdəki rejimi qorumaqdır”.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov açıqlamasında deyib. O, bu məsələdə xüsusilə Brüssel, Berlin, Paris və Londonu vurğulayıb.
“Əsas məqsəd, beynəlxalq hüququn bütün normalarına zidd olaraq, rus dilinin və rusdilli medianın qanuni olaraq qadağan edildiyi, kanonik pravoslavlığın təqib olunduğu, Rusiya tarixi və mədəniyyət abidələrinin dağıdıldığı bir ərazidə yaşamağa və nəzarət etməyə davam etmək üçün kömək arzulayan bir rejimi qorumaqdır”, - açıqlamada qeyd olunub.
Lavrov həmçinin 28-29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidentinin iqamətgahına hücumunu pisləyən beynəlxalq tərəfdaşlara təşəkkür edib. Nazir yekun olaraq “bu hadisə Kiyevdəki mövcud hökumətin terrorçu mahiyyətini bir daha təsdiqlədi”, - deyə fikirlərini yekunlaşdırıb.
QAZİLER.AZ



