Peskov: "Moskva ABŞ-nin sülh planını təhlil edir"

Peskov: "Moskva ABŞ-nin sülh planını təhlil edir" backend

"Moskva Rusiya prezidenti Vladimir Putinə çatdırılan Ukraynada nizamlanma üçün ABŞ-nin sülh planı təkliflərini təhlil edir".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi sənədi araşdıracaq və Vaşinqtonla dialoqu davam etdirəcək.

“Biz Dmitriyevin Putinə çatdırdıqlarını təhlil edirik. Biz bu materialı analiz edirik və daha sonra dövlət başçısının verdiyi qərarlardan asılı olaraq amerikalı nümayəndələrlə ünsiyyətimizi davam etdirəcəyik", - deyə Peskov bildirib.

QAZİLER.AZ