Venesuelada 16 ildən sonra bir ilk

Venesuelada 16 ildən sonra bir ilk backend

Venesuelada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Axar.az xəbər verir ki, müxalifət 16 illik fasilədən sonra ilk dəfə qalib gəlib. Milli Seçki Şurasının sədri Tibisay Lusena jurnalistlərə açıqlamasında 167 yerlik parlamentdə azı 99 yerin nəticələrinin məlum olduğunu deyib. Onun sözlərinə görə, sabiq lider Uqo Çavesin qurduğu Venesuela Birləşmiş Sosialist Partiyası (PSUV) yalnız 46 yer əldə edib.


Ana müxalifətdəki Demokratik Birlik Masası (MUD) üzvlərindən Ramon Aveledo RİA Novosti-yə verdiyi açıqlamasında qalib gəldiklərini deyib.
Diaspora