Amnistiya ilə bağlı qərar layihəsi dekabrın 19-da Milli Məclisdə müzakirəyə çıxarılacaq

Amnistiya ilə bağlı qərar layihəsi dekabrın 19-da Milli Məclisdə müzakirəyə çıxarılacaq backend

Milli Məclisdə amnistiya ilə bağlı qərar layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin 19 dekabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.