ABŞ-dan vacib Türkiyə qərarı

ABŞ-dan vacib Türkiyə qərarı backend

Türkiyə ilə Rusiya arasında yaranan gərginlikdən sonra ABŞ Ankaraya xüsusi tapşırıq verib. Axar.az xəbər verir ki, bu barədə bir ABŞ rəsmisi “Röyter” agentliyinə müsahibəsində deyib.


İddiaya görə, Ağ Ev Ankaraya bir müddət Suriya ilə sərhəddə patrul uçuşlarının azaldılmasını məsləhət görüb.

Bundan başqa, Türkiyənin İŞİD-ə qarşı hava əməliyyatlarına qoşulmaması tapşırığı da verilib.

ABŞ-ın Türkiyədən başqa bir tələbi isə xarici döyüşçülərin İŞİD-ə qoşulmasının qarşısını almaq olub.
Kilis-Cerablus arasındakı 98 kilometrlik sərhəd xəttində nəzarəti gücləndirən Ankara Suriya ilə sərhəddə giriş-çıxışı tamamilə bağlayıb.
Diaspora