"Avropa tarix boyu dəfələrlə böhranların və fəlakətlərin mənbəyi olub".
Qaziler.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə bildirib.
"Tarixdə dəfələrlə Avropa bütün bəlaların mənbəyi, dərin böhranların "törəməsi" olub", - Lavrov deyib.
Rusiyalı nazirin sözlərinə görə, buraya köləlik, səlib yürüşləri və müstəmləkəçilik daxildir.
"Əlbəttə ki, Avropa liderlərinin xəyali ambisiyaları səbəbindən Avropada başlayan iki dünya müharibəsi də olub", - deyə diplomat əlavə edib.
QAZİLER.AZ



