Avropa Birliyinin Xarici İşlər Nazirləri ABŞ Prezidentinin Xüsusi Elçisi və Baş Məsləhətçisi Stiv Uitkoff və Cared Kuşnerlə videokonfrans keçirə bilməyiblər.
Qaziler.az TASS-a istinadla bildirir ki, bu barədə mətbuat konfransında AB-nin xarici işlər və təhlükəsizlik xiyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib. Onun sözlərinə görə, söhbət kommunikasiya xətası səbəbindən baş tutmayıb.
“Heç nəyi müzakirə etməyə imkan tapa bilmədik, kommunikasiya xətası, ehtimal ki, kiberhücum oldu”, - Kaya Kallas deyib.
AB Ali Nümayəndəsi həmçinin qeyd edib ki, Aİ 2025-ci ildə Ukraynaya silah təchizatına 27 milyard avro xərcləyib. O, bunu rekord məbləğ adlandırıb.
QAZİLER.AZ



