Ermənistan Azərbaycandan keçməklə yeni taxıl qatarının gəlməsini gözləyir

Ermənistan Azərbaycandan keçməklə yeni taxıl qatarının gəlməsini gözləyir backend

Ermənistanda Azərbaycan və Gürcüstan üzərindən keçməklə yeni taxıl qatarının gəlməsini gözləyirlər.

Apa xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin iqtisadiyyat naziri Gevork Papoyana istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, bu, yaxın günlərdə baş verəcək. Lakin o, taxıl partiyalarının dəqiq olaraq İrəvana çatma tarixini və tədarük edən ölkəni açıqlamayıb.

Nazir Azərbaycan vasitəsilə neft məhsullarının da tədarükü ilə bağlı nazir detalları təqdim etməyib. Papoyan qeyd edib ki, məlumat yalnız vaqonlar ölkəyə çatdıqdan sonra açıqlanacaq.