ABŞ Rusiyanın iştirak edəcəyi "G7"yə alternativ yaratmaq istəyir

ABŞ Rusiyanın iştirak edəcəyi "G7"yə alternativ yaratmaq istəyir backend

ABŞ Avropa dövlətlərinin iştirakı olmadan “Böyük Yeddi”yə (G7) alternativ yaratmaq ideyasını müzakirə edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr qeyd edib ki, yeni milli təhlükəsizlik strategiyasının bir hissəsi olaraq, Rusiya, ABŞ, Yaponiya, Hindistan və Çindən ibarət "Əsas Beşlik"in yaradılması planlaşdırılır.

“Bu, Prezident Trampın dünyaya baxışı ilə uyğun gəlir, yəni ideologiya prizmasından deyil, güclü liderlərə rəğbət və öz bölgələrində təsir dairələrini saxlayan güclü ölkələrlə əməkdaşlıq etməyə meyllidir”, - Ağ Ev Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Torrey Taussiq bildirib.

“G7”yə bənzər şəkildə, yeni qrup müəyyən sahələrə həsr olunmuş müntəzəm sammitlər keçirəcək. Yaxın Şərq, xüsusən də İsrail və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər təklif olunan gündəliyin əsas məsələsi kimi müəyyən edilib.

QAZİLER.AZ