Hikmət Hacıyev Bakıda Lavrovun müavini ilə görüşüb - FOTO

Hikmət Hacıyev Bakıda Lavrovun müavini ilə görüşüb - FOTO backend

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.

Qaziler.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Mixail Qaluzinlə görüşdüyünü bildirib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.