NATO tərəfdaşları məndən Ərdoğanla dialoqda kömək istəyirlər - Tramp

NATO tərəfdaşları məndən Ərdoğanla dialoqda kömək istəyirlər - Tramp backend

Şimali Atlantika Alyansı (NATO) ölkələri ABŞ prezidenti Donald Trampdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqda kömək istəyirlər.

Qaziler.az xəbər verir ki, bu barədə Tramp özü "Politico"ya verdiyi müsahibədə bildirib.

ABŞ prezidenti qeyd edib ki, müttəfiq ölkələrinin Türkiyə lideri ilə problemləri olduqda, razılığa gələ bilmədikləri üçün ondan zəng etməsini xahiş edirlər. Tramp əlavə edib ki, o, həmişə Ərdoğanla anlaşma əldə etməyi bacarıb.

"Ərdoğanla problem olduqda, razılığa gələ bilmədikləri üçün məndən ona zəng etməyimi xahiş edirlər", - deyə Tramp bildirib.

Müsahibəsində ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya qoşula bilməyəcəyi anlayışı uzun müddətdir mövcuddur. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiyanın Ukraynadan daha güclü mövqeyi var.

QAZİLER.AZ