Zaxarova ABŞ-ni Çinə qarşı düşmənçilikdə ittiham edib

Zaxarova ABŞ-ni Çinə qarşı düşmənçilikdə  ittiham edib backend

Rusiya yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında Çinlə bağlı "münaqişə dili"nin mövcudluğundan narahatdır.

Qaziler.az xəbər verir ki, bu sözləri Rusiyanın XİN sözçüsü Mariya Zaxarova deyib.

Rusiya Xarici İşlər Nazirliyinin veb saytında dərc olunmuş şərhdə o, həmçinin qeyd edib ki, Moskva Vaşinqtonun tərəfdaşlara öz limanlarına çıxışı genişləndirmək çağırışlarından narahatdır.

“Asiya-Sakit Okean sənədindəki hissələr, eləcə də bütün əsas regional tərəfdaşlara Pentaqona öz limanlarına və "digər obyektlərə" daha geniş çıxış imkanı vermək çağırışları həyəcanvericidir”, - diplomat qeyd edib.

Eyni zamanda, Zaxarova vurğulayıb ki, yeni ABŞ Milli Təhlükəsizlik Strategiyasında Rusiya və ABŞ arasında Ukrayna böhranının həlli üçün birgə səylərin davam etdirilməsi üçün əsas yaradan müddəalar var. Onun sözlərinə görə, sənədin müəyyən elementləri dinc həll üçün konstruktiv axtarışa yol açır.

QAZİLER.AZ