Kan Kimqu: Bakı və İrəvan arasında sülh Koreya şirkətləri üçün yeni imkanlar açacaq

Kan Kimqu: Bakı və İrəvan arasında sülh Koreya şirkətləri üçün yeni imkanlar açacaq backend

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Koreya şirkətləri üçün yeni investisiya imkanları açacaq.

Bu barədə "Report"a müsahibəsində Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu bildirib.

"Koreya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində əldə edilən son nailiyyətləri alqışlayır və hər iki ölkənin barışıq səylərini dəstəkləyir. Hesab edirəm ki, (Azərbaycan və Ermənistan arasında - red.) sülh sazişi imzalandıqdan sonra Koreya şirkətləri üçün daha çox investisiya imkanları yaranacaq", - səfir bildirib.

O vurğulayıb ki, Koreya və Azərbaycan fəal, eləcə də konstruktiv iqtisadi tərəfdaşlığın tərəfdarıdır. Onun sözlərinə görə, Bakı və Seul arasında əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

"Azərbaycanın bərpa olunan enerji, ağıllı infrastruktur, logistika və kənd təsərrüfatı kimi sektorlara artan diqqəti Koreya şirkətləri üçün yeni imkanlar açır. Biz bu potensialın nəzərə çarpan və qarşılıqlı faydalı nəticələrə çevrilməsi üçün institusional koordinasiyanı və özəl sektorun fəal iştirakını davam etdirəcəyik", - diplomat bildirib.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.