Putin "Taliban"ın terrorizmə qarşı mübarizəsindən danışdı

Putin "Taliban"ın terrorizmə qarşı mübarizəsindən danışdı backend

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hazırkı Əfqanıstan hökuməti terrorizm və narkotik istehsalı ilə mübarizə aparmaq üçün hər cür səy göstərir.

Qaziler.az xəbər verir ki, bu barədə Putin "India Today" qəzetinə verdiyi müsahibədə deyib.

O bildirib ki, “Taliban” ölkədəki vəziyyətə tam nəzarət edir və beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir.

" "Taliban" Əfqanıstandakı vəziyyəti açıq şəkildə idarə edir. Bunu etiraf etmək lazımdır, çünki bu, reallıqdır", - deyə Rusiya dövlət başçısı bildirib.

Putin qeyd edib ki, “Taliban” terrorizmə, o cümlədən İslam Dövləti kimi böyük terror təşkilatlarına qarşı mübarizəyə böyük töhfə verir. Bundan əlavə, dövlət başçısı qeyd edib ki, Əfqanıstan hakimiyyəti ölkədə tiryək istehsalını əhəmiyyətli dərəcədə azaldıb və narkotik qaçaqmalçılığının yaratdığı təhlükəyə fəal şəkildə cavab verir.

QAZİLER.AZ