Dövlət Departamenti: Regional əməkdaşlıq imkanlarını artırmaq üçün Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

Dövlət Departamenti: Regional əməkdaşlıq imkanlarını artırmaq üçün Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik backend

Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır.

 

 Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat ofisi Azərbaycanın Mərkəzi Asiya ölkələri-ABŞ əməkdaşlığı formatında (C5+1) iştirakı imkanları ilə bağlı bildirib.

 

Açıqlamada bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyinin qeyd olunduğu vurğulanıb.

 

“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, - deyə açıqlamada qeyd olunur.