Putinin ABŞ sülh planını rədd etməsi ilə bağlı Peskovun cavabı

Putinin ABŞ sülh planını rədd etməsi ilə bağlı  Peskovun cavabı backend

"Rusiya prezidenti Vladimir Putinin Ukrayna üçün ABŞ sülh planını rədd etməsi fikri yanlışdır".

Qaziler.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, təklifin bəzi bəndlərinin qəbul edildiyini, digərlərinin isə qəbuledilməz hesab edildiyini açıqlayıb:

“Bu, kompromis axtarmağın normal prosesidir. Məsələ burasındadır ki, dünən ilk dəfə baş tutan birbaşa fikir mübadiləsinə ehtiyacımız var idi”, - Putinin sözçüsü deyib.

QAZİLER.AZ