ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin imzaladığı bir neçə icra sərəncamını ordunun onun əmrlərini sabotaj etməsinin qarşısını almaq üçün ləğv edib.
Qaziler.az xəbər verir ki, bu fikirləri amerikalı politoloq Malek Dudakov “NEWS.ru”ya verdiyi açıqlamada səsləndirib. Onun sözlərinə görə, Ağ Ev administrasiyası avtoqələmlə imzalanmış qanunların hüquqi qüvvəsini tanımır.
Tramp aylarla davam edən təhdidini yerinə yetirib və Baydenin avtoqələmlə imzalanmış bütün icra sərəncamlarını ləğv edib. Tramp hərbi qurumun və generalların sədaqətini qazanmağa çalışır. Məsələn, düşünürəm ki, general Mark Milli həqiqətən də araşdırıla bilər, amma Bayden onu əfv edib. Beləliklə, Tramp bütün mövcud generallara göstərmək istəyir ki, əgər onlar onun Amerika şəhərlərinə qoşun yeritmək, Venesuelanı bombalamaq, Karib dənizindəki sualtı qayıqlara hücum etmək və sair kimi əmrlərini sabotaj etsələr, onları da eyni aqibət gözləyir", - deyə Dudakov təxminlərini qeyd edib.
O, Baydenin imzaladığı icra sərəncamlarının əksəriyyətinin avtoqələmlə imzalandığını vurğulayıb. Dudakovun sözlərinə görə, respublikaçılar bu qanunları qeyri-qanuni hesab edirlər, çünki onlar prezident komandası tərəfindən hazırlanıb, müstəqil şəkildə imzalanıb və sonradan ABŞ prezidenti tərəfindən qəbul edilib.
QAZİLER.AZ



