Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsinin ABŞ ilə danışıqlarda ən çətin məsələ olduğunu bildirib.
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, Ukrayna lideri bunu Fransa Prezidenti Emmanuel Makronla Parisdə keçirilən birgə mətbuat konfransında deyib. Çıxış Ukrayna liderinin rəsmi “YouTube” kanalında yayımlanıb.
"Ərazi məsələsi ən çətin məsələdir, pul və yenidənqurma məsələsi - Avropa tərəfdaşlarının iştirakı olmadan qəbul etmək çətindir. Təhlükəsizlik zəmanətləri məsələsi isə - ABŞ və Avropadan spesifiklik vacibdir", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, ərazi məsələsi altı saatdan çox müzakirə olunub və mövcud sülh planı ilkin 28 bənddən daha yaxşı görünür.
Xatırladaq ki, noyabrın 21-də ABŞ Ukrayna nizamlanması üçün 28 bəndlik plan təklif edib. Sənəd Ukrayna və Avropada narazılığa səbəb olub.
QAZİLER.AZ



