Vidadi Mustafayev Rusiyada saxlanıldı

Vidadi Mustafayev Rusiyada saxlanıldı backend

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayev saxlanılıb.

Bu barədə “Kommersant-Ural”a mənbə məlumat verib.

Məlumata görə, polis və xüsusi təyinatlı qüvvələr Vidadi Mustafayevi idman zalından çıxarkən saxlayıb.

Vidadi Mustafayev əvvəllər Sredneuralsk şəhərinin keçmiş meri Andrey Zaşlyapinin FTX əməkdaşına rüşvət verməsi ilə bağlı cinayət işində iştirak edib. Hazırda isə onun torpaq satışında fırıldaqçılığa yol verdiyi bildirilir.

Qeyd edək ki, o, sentyabrda həbs olunan Şahin Şıxlinskini əvəzləyərək yerli diaspor rəhbəri olub.

Axar.az