"Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməli və onu uzunmüddətli etməliyik".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibəsində deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın "sülhün qazanılması strategiyası" siyasətinin praktik komponentidir:
"Sülh təkcə müharibənin olmaması deyil, əksinə, o, rifah və inkişaf gətirməli, qonşular arasında qarşılıqlı asılılıq yaratmalıdır. Bu kontekstdə, Ermənistan şərq-qərb və şimal-cənub əlaqələrinin genişlənməsi ilə "dalana dirənmiş giriş"dən tranzit ölkəyə çevrilə bilər".



