Zaxarova Rusiyanın G8-ə qayıtması üçün şərti açıqladı

Zaxarova Rusiyanın G8-ə qayıtması üçün  şərti açıqladı backend

“Hazırda Rusiyanın G8-ə qayıtması üçün heç bir ilkin şərt yoxdur”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva həmişə qarşılıqlı faydalı dialoqa açıqdır, lakin Qərb hələlik buna sadiq deyil.

“Biz heç vaxt özümüzü qarşılıqlı hörmətə, qarşılıqlı faydaya, qanunçuluğa, ədalətə və s. əsaslanan yaxşı şeylərdən təcrid etməmişik. Amma görünür ki, onların [Qərbin] bunun üçün heç bir ilkin şərti yoxdur”, - diplomat bildirib.

QAZİLER.AZ