Azərbaycan XİN Çinə başsağlığı verib

Azərbaycan XİN Çinə başsağlığı verib backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.

Qaziler.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

"Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honq-Konq əhalisi ilədir",- məlumatda qeyd olunub.

Qeyd edək ki, yaşayış kompleksində baş verən yanğın səbəbindən 65 nəfər həyatını itirib, 3 nəfər isə saxlanılıb.