Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb

Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb backend

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.

Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.

Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.