Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə bilər. APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
“Bu ayın sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üçün çalışırıq”, - deyə o qeyd edib.