Ukrayna üçün ABŞ sülh müqaviləsinin ilkin layihəsindən çıxarılan bəndlər digər sənədlərdə öz əksini tapacaq və sonrakı danışıqlarda müzakirə olunacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” Ukrayna prezident aparatının rəhbərinin müavini İqor Brusiloya istinadən məlumat yayıb.
Diplomat həmçinin vurğulayıb ki, Ukraynanın NATO-ya qoşulma ehtimalı tamamilə istisna edilməyib.
“Bütün məsələlər həll edildikdən və ərazi məsələləri kimi bəzi məsələlər qeyri-müəyyən qaldıqdan sonra prezidentlər bir-biri ilə əlaqə saxlayıb bu ideyanı yekunlaşdıra biləcəkləri görüş üçün zəmin hazırlayacaqlar”, - deyə Ukrayna rəsmisi bildirib.
QAZİLER.AZ



