Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi, eləcə də Avstraliyanı danışıqlara Prezident seçilməsi münasibətilə səmimi təbrik edirik.
Qaziler.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımda qeyd edilib.
"COP29-un prezidenti olaraq Azərbaycan bu mühüm missiyanın uğurla həyata keçirilməsinə tam dəstək vermək üçün əlindən gələni edəcək.
Hər iki ölkəyə uğurlar arzulayır və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal səylərə mühüm töhfələr verəcək", - məlumatda bildirilib.



