Azərbaycan Azıx mağarasında üç ölkə ilə birgə ekspedisiya aparır

Azərbaycan Azıx mağarasında üç ölkə ilə birgə ekspedisiya aparır backend

Xocavənd rayonunda Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiya beynəlxalq ekspedisiyaları fəaliyyət göstərir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir:

"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiya elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir".