Ukraynanın Azərbaycandakı səfirliyində anım kitabı açılıb - FOTO

Ukraynanın Azərbaycandakı səfirliyində anım kitabı açılıb - FOTO backend

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev “X”də bildirib.

Qeyd olunub ki, matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb.

“Rusiyanın Ternopilə endirdiyi zərbə nəticəsində ən azı 25 nəfər həlak olub. Eyni zamanda, 3 uşaq və 73 nəfər yaralanıb. Biz onlayn başsağlığı kitabı açırıq.

Bu terror aktına qarşı güclü beynəlxalq reaksiya verməyə çağırırıq və qurbanların ailələrini dəstəyimizi ifadə edirik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.