Ukrayna lideri Volodimir Zelenski Ukraynada nizamlanma üçün ABŞ-nin yeni təkliflərini müzakirə etməkdə maraqlı deyil.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerova ABŞ Prezidentinin elçisi Stiv Uitkofla danışıqlar aparmaq səlahiyyəti verib. Məlumatda qeyd olunub ki, Umerovla danışıqlar zamanı bir çox razılaşma əldə edilib.
"Amerika rəsmisi bildirib ki, Zelenski Umerovla əldə edilən razılaşmaları rədd edib və Trampın planını müzakirə etməkdə maraqlı olmadığı məlum olduqda görüş təxirə salınıb", - deyə nəşr bildirib.
QAZİLER.AZ



