Türkiyə Rusiya ilə münasibətlərə həmişə önəm verib. Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda ADA Universitetində çıxışında deyib. Onun sözlərinə görə, Türkiyə və Rusiya xalqları arasında heç bir problem yoxdur və olmayacaq.
Baş nazir Rusiya prezidenti Vladimir Putinə müraciət edərək münasibətlərdə yaranmış böhranı diplomatik yolla həll etməyə çağırıb.