Qırğızıstan Prezidenti Zəngəzur dəhlizinin Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün strateji əhəmiyyətini vurğulayıb

Qırğızıstan Prezidenti Zəngəzur dəhlizinin Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün strateji əhəmiyyətini vurğulayıb backend

Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün məntiqi və strateji bir təklif kimi görünür.

 

APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

 

“Bu gün region üçün yeni nəqliyyat arteriyasının yaradılmasının şahidi oluruq. Strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı dəyişdirəcək, ölkələrimiz üçün Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngizur dəhlizi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün məntiqi və strateji bir təklif kimi görünür”, - deyə Qırğızıstan Prezidenti bildirib .