Peskov Stubbu "militarist şahin" adlandırdı

Peskov Stubbu "militarist şahin" adlandırdı backend

"Finlandiya prezidenti Aleksandr Stubbun Rusiya-Avropa dialoqunun bərpası ehtimalı ilə bağlı açıqlaması onun əvvəlki mövqeyinə xas deyil".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib. Kreml sözçüsünün dediklərinə görə, Finlandiya lideri hələ də "militarist şahin düşərgəsinə" aiddir.

“Bu açıqlama ona xas deyil. Onun ictimai açıqlamalarına əsasən, o, əvvəllər militarist şahin düşərgəsinə mənsub olub”, - deyə Peskov bildirib.

Eyni zamanda, Rusiya liderinin mətbuat katibi dialoqun bərpası perspektivi ilə razılaşıb və əlavə edib ki, bu, gec-tez edilməlidir.

QAZİLER.AZ