Zelenski Putinlə görüş şərtlərini açıqlayıb

Zelenski Putinlə görüş şərtlərini açıqlayıb backend

Ukrayna Prezidenti Volodimir Zelenski, əgər görüş münaqişəyə son qoysa, rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” özünün teleqram kanalında məlumat verib.

"Əgər atəşkəsə və müharibəyə son qoyacaq bir görüş olarsa, Ukrayna müxtəlif formatları dəstəkləyəcək", - deyə Ukrayna lideri bildirib.

28 oktyabrda Zelenski Putin və ABŞ Prezidenti Donald Trampla Rusiya və Belarus istisna olmaqla, hər yerdə üçtərəfli görüşə hazır olduğunu bildirib. O, tədbirin Ukraynaya sülh gətirəcəyi təqdirdə Macarıstanda da görüşməyə hazır olduğunu bildirib.

QAZİLER.AZ