Ərdoğan: “Suriyada Rusiyaya yer yoxdur“

Ərdoğan: “Suriyada Rusiyaya yer yoxdur“ backend

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Suriya xalqı ilə Türkiyəni çox şey birləşdirir, belə ki, vaxtilə Suriya ərazisi Osmanlının tərkibinə daxil olub. Prezident qeyd edib ki, Suriyada etnik türklər yaşayırlar və bu, Türkiyənin Suriya ilə bağlı fəal siyasət yürütməsinin amillərindən biridir.

Belqradda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüşün keçiriləcəyi gözlənilir.

Yaranmış məlum gərginliyin yumşaldılmasına xidmət edəcək həmin görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin illik toplantısı çərçivəsində keçiriləcək.
Diaspora