İslamabadda binalar Zəfər günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - VİDEO

İslamabadda binalar Zəfər günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -  VİDEO backend

Pakistanın paytaxtı İslamabadda müxtəlif binalar 8 Noyabr – Zəfər günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Apa xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz “X” hesabında paylaşım edib.

İslabaddakı binalar, o cümlədən Pakistan Baş Nazirinin Ofisi, Parlament və Ali Məhkəmə, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.