Peskov: "Rusiya silahlanma yarışında iştirak etmir"

Peskov: "Rusiya silahlanma yarışında iştirak etmir" backend

“Rusiya Federasiyası silahlanma yarışında iştirak etmir”.

Qaziler.az RİA “Novosti”yə istinadla xbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya silah sistemlərini və çatdırılma sistemlərini inkişaf etdirir.

"Bu, mövcud vəziyyətlə əlaqəli olmayan sistemli bir işdir. Başa düşürsünüz ki, bizim kimi qabaqcıl texnologiyaların cəmi bir neçə il ərzində inkişaf etdirilməsi mümkün deyil. Bu iş çoxdan başlayıb", - deyə Kremlin sözçüsü bildirib.

O əlavə edib ki, Rusiyanın heç bir silahlanma yarışında iştirak etməməsinin səbəbi budur.

QAZİLER.AZ