Davudoğlu Bakıya 5 nazir gətirdi

Davudoğlu Bakıya 5 nazir gətirdi backend

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Hava limanında baş nazirin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.

Baş naziri səfərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan , Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiət edir.
Diaspora