Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır backend

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

Apa-nın xəbərinə görə, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.