Çin Rusiyanın Ukraynadakı uğurunda maraqlıdır - Keçmiş məmur

Çin Rusiyanın Ukraynadakı uğurunda maraqlıdır - Keçmiş məmur backend

"Çin Ukrayna məsələsində çox ehtiyatlı davranır, eyni zamanda Rusiyanın bu münaqişədə məğlubiyyətində maraqlı deyil".

Qaziler.az xəbər verir ki, bunu Sinqapurun keçmiş xarici işlər naziri Corc Yeo Macarıstanın “Hungarian Conservative” nəşrinə verdiyi müsahibədə bildirib.

Yeo Çinin mövqeyinin Hindistanın mövqeyinə bənzədiyini bildirib. Onun sözlərinə görə, Çin hakimiyyəti Ukrayna münaqişəsində çox ehtiyatlı davranmağa və açıq tərəf tutmamağa çalışır.

"Lakin strateji baxımdan Çin Rusiyanın uduzmasını istəmir", - deyə Sinqapurun keçmiş xarici işlər naziri əlavə edib.

O izah edib ki, Rusiya uduzsa, Çin güclü təzyiq altında qalacaq. Buna görə də Çin öz hərbi ehtiyaclarını ödəməyə qadir olan Rusiyanın iqtisadi inkişafında maraqlıdır.

QAZİLER.AZ