Avropa Komissiyası Ukrayna və Moldova da daxil olmaqla, AB-yə yeni üzv dövlətlər üçün sınaq müddəti təyin etməyi təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa Birliyinn Genişlənmə məsələləri üzrə komissarı Marta Kos "X" sosial media platformasında məlumat verib.
Kos yazıb: "Yeni AB üzvləri bir neçə illik sınaq müddəti ilə qəbul edilə bilər".
Onun sözlərinə görə, bu müddət ərzində Avropa İttifaqının yeni üzvlərinin hüquqları məhdudlaşdırılacaq və hətta bütün Aİ tələblərini yerinə yetirmədikləri təqdirdə icmadan xaric edilə bilərlər.
Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə Kos bu tələbləri Brüsselin yeni AB üzvlərinin "Rusiyanın Troya atları" ola biləcəyi ilə bağlı narahatlıqlarından irəli gəlməsi ilə izah edib.
"Ən böyük qorxum rusların AB-yə arxa qapıdan girməsidir", - deyə Avropa komissarı bildirib.
QAZİLER.AZ
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
