Azərbaycan XİN UNESCO-nun qərarını alqışladı

Azərbaycan XİN UNESCO-nun qərarını alqışladı backend

Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərarla dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü kimi qəbul edilib:

"Bu tarix bütün türk dillərinin dərin ümumi köklərini və birgə tarixini üzə çıxaran ən qədim yazılı abidə - Orxon-Yeniseyin şifrəsinin çözüldüyü günə təsadüf edir. Azərbaycan zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan bu addımı alqışlayır".