Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Türkiyədən ölkəsinə könüllü qayıdan suriyalıların sayı açıqlanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
O bildirib ki, 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra 550 min suriyalı Tükiyədən ölkəsinə qayıdıb.
Nazir, həmçinin qeyd edib ki, 2016-cı ildən bəri 1 milyon 290 min suriyalı ölkəsinə geri dönüb.



