ABŞ Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib.
Bu barədə "AnewZ" öz mənbələrinə istinadən xəbər verir.
Mənbə qeyd edir ki, Bakı hələ yekun qərar qəbul etməyib, məsələyə baxılır.
Vurğulanır ki, Azərbaycanın mövqeyi qətidir: "hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır.
Telekanal xatırladır ki, bu missiya BMT-nin klassik sülhməramlı əməliyyatı deyil.
Mənbə həmçinin bildirib ki, ərəb tərəfdaşlar Azərbaycanın İslam dünyası ilə uzunmüddətli əlaqələrə və Fələstinlə əməkdaşlığa əsaslanan balanslı mövqeyini vurğulayıblar.



