Ermənistan-Türkiyə sərhədinin açılması və ölkələr arasında diplomatik münasibətlərin qurulması zaman məsələsidir.
"Report" "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda bildirib.
"Bunun üçün indi heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm", - Baş nazir vurğulayıb.
Hökumət başçısı əmindir ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və tərəflər arasında normal qonşuluq münasibətləri yaranacaq.



